Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Cevdet Yılmaz

Asılılıqla mübarizədə birlikdə olmalıyıq - Ərdoğan

BAKI,TurkicWorld, Nailə Babazadə

Əgər biz insanların qəlblərini və zehinlərini boş buraxsaq, oraları hər cür pis vərdiş və asılılıq işğal edər. Övladlarımızın və cəmiyyətimizin həm düşüncələrini, həm də qəlblərini bəsləməli və onları aram etməliyik. Asılılıq və zərərli vərdişlərlə mübarizədə birlikdə olmalıyıq.

TurkicWorld xəbər verir ki,Türkiyə Prezidentin köməkçisi Cevdet Yılmazın iştirakı ilə Grand Ankara Hotel-də keçirilən “Həyat Boşluq Qəbul Etməz Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Zirvəsi”ndə Prezident Ərdoğanın təbrik teleqramı oxunub.

Rəcəb Tayyip Ərdoğan teleqramında aşağıdakı ifadələrə yer verib:

“Əgər biz insanların qəlblərini və zehinlərini boş buraxsaq, oraları hər cür pis vərdiş və asılılıq işğal edər. Övladlarımızın və cəmiyyətimizin həm düşüncələrini, həm də qəlblərini bəsləməli və onları aram etməliyik. Asılılıq və zərərli vərdişlərlə mübarizədə birlikdə olmalıyıq. ‘Həyat boşluq qəbul etmir’ şüarı ilə vətəndaş təşəbbüslərini birləşdirərək, qarşısının alınması, müalicə, reabilitasiya və sosial uyğunlaşma proseslərində davamlı və məlumatlara əsaslanan bir qeyri-hökumət gücü yaratmağı hədəfləyən fəaliyyətləriniz təqdirəlayiqdir. Zirvənin asılılıqla mübarizədə vətəndaş cəmiyyətinin potensialını artıran, ailələri mərkəzə alan və boşluqları dolduran konkret bir başlanğıc nöqtəsi olması mühümdür." - deyə Ərdoğan qeyd edib.

Mövzuya görə xəbərlər