Son dəqiqə

Türkiyə FETÖ Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya FETÖ terror təşkilatı

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya FETÖ terror təşkilatına qarşı son bir həftədə 32 şəhərdə keçirilən genişmiqyaslı əməliyyatlarla bağlı detalları açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazir sosial media hesabında yayımladığı məlumatda bildirib ki, əməliyyatlar zamanı FETÖ-nün hazırkı strukturu daxilində fəaliyyət göstərən, təşkilatla bağlı saxta yardım qurumlarına maliyyə dəstəyi verən, sosial şəbəkələrdə FETÖ təbliğatı aparan və ölkədən qaçmağa cəhd edən 92 şübhəli saxlanılıb.

Saxlanılanlardan 59 nəfər məhkəmə qərarı ilə həbs olunub, 8 nəfərə isə məhkəmə nəzarəti tətbiq edilib.

Digər şübhəlilərlə bağlı istintaq tədbirləri davam edir.

Mövzuya görə xəbərlər