Son dəqiqə

AFAD zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi seysmik stansiya seysmik hadisələr Seysmik aktivlik Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları zəlzələ qorxusu

Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib

BAKI, TurkicWorld, Nailə Babazadə

Balıkesir şəhərinin Sındırgı rayonunda 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.

Yeraltı təkanlar bu gün saat 10:41-də baş verib. Zəlzələnin yerin təxminən 10,38 kilometr dərinliyində baş verdiyi bildirilib.

Hadisə ilə bağlı hələlik hər hansı xəsarət və ya maddi ziyan barədə məlumat verilməyib. AFAD və yerli qurumlar vəziyyəti izləməyə davam edir.

Mövzuya görə xəbərlər