Son dəqiqə

AFAD zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi seysmik hadisələr Seysmik aktivlik zəlzələ fay xətti Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları Zəlzələnin təsiri və nəticələri zəlzələ qorxusu

Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

BAKI,TurkicWorld, Nailə Babazadə

Kütahya şəhərinin Simva rayonunda 3,6 və 4 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata əsasən, zəlzələ Kütahya şəhərində yerli vaxtla saat 19:09 (Bakı vaxtı ilə saat 20:09-da) baş verib. Yeraltı təkanların ocağı 6,96 kilometr dərinlikdə yerləşib. AFAD-ın paylaşdığı digər məlumata əsasən, yerli vaxtla saat 19:43 (Bakı vaxtı ilə saat 20:43da) baş verən ikinci zəlzələnin dərinliyi 11.91 km olub.

Qeyd edək ki, bu gün Simavda qeydə alınan 5.4 bal gücündəki zəlzələdən sonra bölgədə artçı təkanlar davam edir.

Mövzuya görə xəbərlər