Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan Qəzza zolağı Qəzza Benyamin Netanyahu Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025

Ərdoğan Netanyahunu "kafir" adlandırıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu "kafir" adlandırıb.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu ifadəni Beştepe Mədəniyyət Mərkəzində çıxışı zamanı səsləndirib.

“Biz dünyadakı bütün müsəlmanlara dərin məhəbbət bəsləyirik. Bu səbəbdən Fələstində baş verənlərə və Netanyahu adlanan kafirin zülmünə əsla biganə qala bilmərik” – deyə, Türkiyə prezidenti vurğulayıb.

Digər tərəfdən, İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında “Gideon arabaları” adlı əməliyyatın ikinci mərhələsinə start verildiyini bəyan edib.

Hazırda Qəzza zolağında vəziyyət son dərəcə gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir, bölgədə humanitar böhran isə getdikcə daha da dərinləşir.

Mövzuya görə xəbərlər