Son dəqiqə

Əfqanıstan Türkiyə Milli Müdafiə Nazirliyi AFAD zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi seysmik stansiya ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) seysmik hadisələr Seysmik aktivlik Zəlzələnin təsiri və nəticələri zəlzələ qorxusu uşaqlarda zəlzələ qorxusu zəlzələ sonrası layihələr Qızıl Ayparanın tarixi

AFAD və Qızıl Aypara Əfqanıstana yardım göndərib

BAKI, TurkicWorld

Əfqanıstanın Kunar vilayətində baş verən 6 bal gücündə zəlzələ fəlakəti ilə əlaqədar, Türkiyə AFAD və Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanan humanitar yardım vasitələrini Əfqanıstana göndərib.

TurkicWorld xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Hərbi Hava Qüvvələrinə məxsus A400M tipi kargo təyyarəsi Kayseri-Erkilet Hava Limanından havalanaraq, yardım yükünü çatdırmaq üçün yola düşüb.

Yerli rəsmilər zəlzələnin ölkədəki ən güclü təbii fəlakətlərdən biri olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi bazar günü bildirmişdi ki, Pakistan sərhədi yaxınlığında yerləşən Celalabad şəhərinin 27 kilometr şimal-şərqində, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələ baş verib.

Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid həmin zəlzələdə min 411 nəfərin həyatını itirdiyini, 3 min 124 nəfərin isə yaralandığını açıqlayıb.

Yerli rəsmilər bunun son illərdə ölkəni sarsıdan ən güclü zəlzələlərdən biri olduğunu bildiriblər.

Afqanıstan Qızıl Aypara Cəmiyyəti ölkənin şərqində yerləşən 3 vilayətdə 8 mindən çox evin dağıldığını, çoxsaylı insanların dağıntılar altında qaldığını və xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi (OCHA) bu dağıdıcı zəlzələdən ilk olaraq 12 min nəfərin birbaşa təsirləndiyini bildirib.

Mövzuya görə xəbərlər