Son dəqiqə

Türkiyə ASELSAN PUA müdafiə sanayesi məhsulları Türkiyə Müdafiə Sənayesi xəbərləri Bayraktar Akıncı Müdafiə sənayesi xəbərləri ASELSAN 2025 maliyyə nəticələri ASELSAN ixrac müqavilələri

ASELSAN-ın tarixi addımı - 460 milyon dollarlıq təslimat

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyənin hava hücumundan müdafiə sisteminin əsas komponenti olan Polad Günbəz sisteminin təslimatı tamamlanıb. ASELSAN tərəfindən istehsal edilən 47 hava hücumundan müdafiə, radar və elektron döyüş sistemi inventara əlavə edilib.

TurkicWorld xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə Polad Günbəzin təslimatı ilə yanaşı, ASELSAN-ın istehsal gücünü 40% artıracaq 14 yeni obyektin açılışı keçirilib. Ankaranın Oğulbey Texnologiya Bazasının təməlqoyma mərasimi də həmin tarixi gündə reallaşdırılıb. Təslimatın ümumi dəyəri 460 milyon dolları keçib. X platformasında yayılan məlumatlar, Polad Günbəzin Türkiyənin müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırdığını vurğulayır. Mərasim Bayraktar Akıncı PUA-ya inteqrasiya edilmiş ASELFLİR-600 Milli Kamera Sistemi ilə real vaxtda çəkilib.

Qeyd edək ki, Polad Günbəz alçaq, orta və yüksək hündürlükdə hava hücumundan müdafiəni təmin edir. Yeni obyektlər qabaqcıl materiallardan optik görüntü sistemlərinə qədər geniş məhsul çeşidini yerli və milli istehsal edəcək, Türkiyənin müdafiə sənayesində özünükifayətliyini gücləndirəcək.

Mövzuya görə xəbərlər