Son dəqiqə

Türkiyə yanğın meşə yanğınları İqlim dəyişikliyi isti hava şəraiti Türkiyədə meşə yanğınları Türkiyə meşə ziyanları 2025 Meşə yanğınları İyul 2025

Türkiyədə havaların isti və quru keçməsi yanğın riskini uzada bilər

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyədə meşə yanğınları riski sentyabr ayına qədər davam edə bilər.

TurkicWorld xəbər verir ki, Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasət Tətbiq və Araşdırma Mərkəzinin İdarə Heyətinin üzvü Prof. Dr. Murat Türkeş avqust ayında yüksək temperatur və quraqlığın davam etdiyini, ayın sonuna qədər yağış gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, havanın normadan isti və quru keçməsi yanğın təhlükəsini artırır.

Türkeş xüsusilə Ege, Aralıq dənizi və Mərmərə bölgələrində küləkli və aşağı rütubətli havanın mövcud yanğınların yayılmasına şərait yaratdığını deyib. O, yanğın riskinin sentyabr, hətta oktyabr ayına qədər uzana biləcəyini vurğulayıb.

Professor, yaşayış məntəqələri, elektrik xətləri, magistral yollar, sənaye zonaları və meşə-kənd təsərrüfatı kəsişmələrində bütün açıq od, yanğın və piknik fəaliyyətlərinin müvəqqəti qadağan edilməsini təklif edib.

Mövzuya görə xəbərlər