Son dəqiqə

Türkiyə Hatay Mersin meşə yanğınları Türkiyədə kurort zonasında yanğın təxliyə xəbərdarlığı Türkiyədə meşə yanğınları Yanğın səbəbindən təxliyə Yanğın sonrası bərpa işləri Yanğınların səbəbləri Türkiyə

Türkiyədə iki şəhərdə alovla mübarizə gücləndirilib

BAKI, TurkicWorld

Türkiyədə Hatay və Mersində meşə yanğınları ikinci gündür davam edir.

TurkicWorld xəbər verir ki, Türkiyənin Hatay vilayətinin Hassa və Mersinin Silifke rayonlarında dünən başlayan meşə yanğınlarının söndürülməsi istiqamətində havadan və yerdən intensiv işlər aparılır. Güclü külək səbəbindən alovun sürətlə yayılması nəticəsində Hatayda Yukarıbucak və Bademli məhəllələrindən 540 sakin, Silifkedə isə altı məhəllə və beş yaşayış məntəqəsi ehtiyat tədbiri olaraq təxliyə edilib. Yanğınsöndürmə əməliyyatlarına helikopterlər, təyyarələr, 173 texnika və yüzlərlə canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, yanğın səbəbindən Silifke-Gülnar avtomobil yolu müvəqqəti olaraq bağlanıb, nəqliyyat alternativ marşrutla təmin olunur.

Mövzuya görə xəbərlər