Son dəqiqə

Türkiyə Mersin Yanğın avtomobili yanğın fövqəladə vəziyyət elanı təxliyə xəbərdarlığı Yanğın səbəbindən təxliyə Yanğınların səbəbləri Türkiyə

Mersində meşə yanğınına havadan və qurudan müdaxilə edilir

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyədə Mersinin Bozyazı rayonunda meşə yanğını başlayıb və yanğınsöndürmə işləri davam etdirilir.

TurkicWorld xəbər verir ki, Kozaağacı yaylasının Kabaağaç ərazisindəki meşədə hələlik səbəbi məlum olmayan yanğın nəticəsində tüstü qalxıb. Bölgəyə dərhal Bozyazı Meşə Əməliyyat Müdirliyinin personalı, jandarma qrupları, yanğınsöndürmə vertolyotu və su maşınları göndərilib.

Havadan və yerdən aparılan müdaxilələrlə yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.

Qeyd edək ki, bölgədəki meşə yanğınlarının qarşısını almaq və müdaxilə etmək üçün xüsusi briqadalar və texnika daim hazır vəziyyətdədir.

Mövzuya görə xəbərlər