Son dəqiqə

Türkiyə AFAD zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi zəlzələ fay xətti Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları Zəlzələnin təsiri və nəticələri

Türkiyədə 6,1 bal gücündə zəlzələ baş verib (ƏLAVƏ OLUNUB)

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələdən sonra dörd nəfər xəstəxanaya yerləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib.

“Hazırda dörd nəfər xəstəxanaya yerləşdirilib, həyatlarına təhlükə yoxdur” – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Bundan əvvəl, daxili işlər naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində 10 ev çöküb.

Zəlzələnin episentri Sındırqı bölgəsində yerləşib, ocağı isə 11 km dərinlikdə olub. Yeraltı təkanlar 20-30 saniyə davam edib və İstanbul da daxil olmaqla Türkiyənin qərbində ən azı 10 bölgədə hiss olunub.

xxx

22:17

Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, episentri Balıkesir vilayətində yerləşib.

Hazırda mümkün itkilər və dağıntılar barədə məlumat yoxdur.

Mövzuya görə xəbərlər