Son dəqiqə

2025 Türkiyə nəqliyyat qəzaları Yol qəzaları və ölümlər statistikası Türkiyə yol təhlükəsizliyi Qeydiyyat ərazisində və kənarında qəzalar Avtomobil qəzası statistika Türkiyə Yol qəzasında yaralananlar və ölənlər Türkiyə Baş Polis İdarəsi yol qəzaları Türkiyədə avtomobil qəzaları statistikası Türkiyə yol qəzaları 2025

İyul ayında Türkiyədə 62 mindən çox qəza baş verib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin iyul ayında Türkiyədə baş verən ümumi qəza sayı 62 min 72 olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, iyul ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 53 min 584, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 8 min 488 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 28 min 406, vəfat edənlərin sayı isə 240 nəfər təşkil edib” – deyə idarədən bildirilib.

Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 376 min 233 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 328 min 88, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 48 min 145 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 157 min 906, vəfat edənlərin sayı isə min 198 nəfər təşkil edib.

Mövzuya görə xəbərlər