Son dəqiqə

Türkiyə avtobus qəzası yol qəzası 2025 Türkiyə nəqliyyat qəzaları Yol qəzaları və ölümlər statistikası Avtomobil qəzası statistika Türkiyə Yol qəzasında yaralananlar və ölənlər Türkiyə Baş Polis İdarəsi yol qəzaları Türkiyədə avtomobil qəzaları statistikası Türkiyə yol qəzaları 2025

Oktyabr ayında Türkiyədə 58 mindən çox qəza baş verib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin oktyabr ayında Türkiyədə baş verən ümumi qəza sayı 58 min 783 olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, oktyabr ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 51 min 181, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 602 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 34 min 173, vəfat edənlərin sayı isə 201 nəfər təşkil edib” – deyə idarədən bildirilib.

Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 562 min 471 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 489 min 408, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 73 min 63 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 344 min 200, vəfat edənlərin sayı isə 2 min 129 nəfər təşkil edib.

Mövzuya görə xəbərlər