Son dəqiqə

Türkiyə İŞİD Şanlıurfa

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 4 nəfər həbs olunub

BAKI, TurkicWorld – Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatına qarşı əməliiyat keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə vilayət valiliyindən məlumat verilib.

İŞİD-ə maliyyə dəstəyi verən və təşkilat daxilində silahlı fəaliyyət göstərən şəxslərin saxlanılması məqsədilə həyata keçirilən əməliyyat çırçivəsində 5 milyon lirədən artıq maliyyə dövriyyəsinə sahib olduğu müəyyən edilən 6 nəfər saxlanılıb.

Məhkəməyə çıxarılan şübhəlilərdən 4-ü həbs olunub, 2-si isə deportasiya edilib.

Bundan əvvəl, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD-ə qarşı 14 vilayətdə keçirdiyi əməliyyatlarda 26 nəfərin saxlanıldığını açıqlamışdı.

Mövzuya görə xəbərlər