Son dəqiqə

Türkiyə Cevdet Yılmaz Məşğulluq inflyasiya Türkiyədə inflyasiya və iqtisadi sabitlik Əmək bazarında sabitlik işsizliyin azaldılması Türkiyədə işsizlik səviyyəsi 2025 Türkiyədə məşğulluq göstəriciləri gənclər arasında işsizlik Türkiyə

İşsizlik azalır, məşğulluq artır, yeni hədəf sosial sabitlikdir - Yılmaz

BAKI, TurkicWorld

İnklüziv inkişaf siyasətimizlə işsizliyi azaldıb, sosial rifahı yüksəldəcəyik.

TurkicWorld xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz əmək bazarına dair son göstəricilərlə bağlı paylaşım edərək, insan yönümlü və əhatəli inkişaf siyasətləri çərçivəsində sosial rifahın artırılacağını və işsizliyin azaldılacağını bildirib.

O, Türkiyə Statistika Təşkilatının (TÜİK) may ayı üzrə işçi qüvvəsi statistikalarına əsaslanaraq, işsizliyin əvvəlki aya nisbətən 0,2 faiz azalaraq 8,4%-ə düşdüyünü, məşğulluğun isə 100 min nəfər artaraq 32,5 milyon nəfəri keçdiyini açıqlayıb.

“Əmək bazarında güclü dinamika qorunur, məşğulluq səviyyəsi artır, işsizlik isə azalır. İnflyasiyaya qarşı sərt addımlar atmaqla yanaşı, gənclərin əmək bazarına çıxışını və iştirakı da dəstəkləyirik,” – deyə Yılmaz qeyd edib.

Qeyd edək ki, Yılmaz gənclər arasında işsizliyin də illik müqayisədə 0,3 faiz azalaraq 15,4%-ə endiyini, Orta Müddətli Proqram (MTP) çərçivəsində təyin olunan hədəflərə nisbətən daha yaxşı göstəricilərə nail olunduğunu vurğulayıb.

“Əmək bazarını gücləndirməklə paralel, inklüziv inkişaf modeli ilə sosial rifahı daimi olaraq yüksəltməyi hədəfləyirik,” – deyə vitse-prezident əlavə edib.

Mövzuya görə xəbərlər