BAKI, TurkicWorld
KKTC iqtisadiyyatına zərər vurma cəhdləri cavabsız qalmayacaq.
TurkicWorld xəbər verir ki, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Respublikasında (KKTC) Rum tərəfinin iqtisadi sahədə göstərdiyi təzyiqləri qınayaraq, bu cəhdlərin xoş niyyətə və əməkdaşlıq ruhuna uyğun olmadığını bildirib.
“Qanunlardan siyasi məqsədlərlə istifadə edilərək KKTC iqtisadiyyatına zərər vurulması səyləri heç vaxt göz ardı edilməyəcək. ” -deyə O, Rum tərəfinin son dövrlərdə iş dünyasına qarşı yönəlmiş addımlarının əməkdaşlıq prinsipinə zidd olduğunu vurğulayıb.
Vitse-prezidentin Ercan Hava Limanında KKTC Baş naziri Ünal Üstel və Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri tərəfindən qarşılandığı bildirilir. Yılmaz səfəri çərçivəsində KKTC Prezidenti Ersin Tatar və Baş nazir Üstel ilə görüşəcəyini, Kipr türklərinin hüquqlarının qorunması və iqtisadi rifahının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılacağını qeyd edib.
Qeyd edək ki, Yılmaz Türkiyənin Kipr türklərinə olan dəstəyini bir daha təsdiqləyərək, "Türkiyə güclü qarant ölkə olaraq hər zaman KKTC-nin yanında olacaq", – deyə əlavə edib. O, Cenevrədə iki dövlət arasında əməkdaşlıq mühitinin yaranmasından məmnunluğunu da ifadə edib.







