BAKI, TurkicWorld
Türkiyənin Kütahya vilayətində zəncirvari qəza baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, qəza, yerli vaxtla saat 03:00 radələrində Kütahya-Afyonkarahisar Şossesinin dəmiryolu stansiyası ərazisində baş verib. Qırmızı işıqda 6 avtomobilin qarışdığı zəncirvari qəza nəticəsində ikisi ağır olmaqla 6 nəfər yaralanıb.
Avtomobildə sıxışanlar yanğınsöndürənlər tərəfindən xilas edilir, yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.







