Son dəqiqə

Türkiyə TOGG avtomobil bazarı elektrikli avtomobil Togg satışları Togg C-SUV satışları Elektrikli avtomobil qiymət artımı

Togg ilin ilk 4 ayında rəqiblərini geridə qoyub

BAKI, TurkicWorld

Togg Türkiyənin ən dəyərli brendləri arasında yüksəlməyə davam edir.

TurkicWorld xəbər verir ki, yerli elektrikli avtomobil istehsalçısı Togg, həm brend dəyəri, həm də sənaye göstəriciləri baxımından mövqeyini daha da möhkəmləndirib.

Brand Finance tərəfindən hazırlanan "Türkiyənin Ən Dəyərli Markaları – Türkiyə 125" siyahısında Togg bu il 20-ci sırada qərarlaşıb.

Eyni zamanda İstanbul Sənaye Palatasının 2024-cü il üçün açıqladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi" araşdırmasında şirkət 5 pillə irəliləyərək 37-ci yerə yüksəlib.

Togg 2023-cü ilin aprel ayından etibarən istifadəyə təqdim etdiyi T10X modeli ilə xüsusilə C-SUV və elektrikli avtomobil seqmentində öncül mövqeyini qoruyur. 2024-cü ilin yanvar-aprel aylarında 10.325 ədəd satışla T10X, 10,1 faiz bazar payı ilə C-SUV seqmentində, 24,4 faiz bazar payı ilə isə elektrikli avtomobil bazarında liderlik mövqeyindədir.

Qeyd edək ki, Togg indiyədək 60 mindən çox T10X modelini istifadəçilərə çatdıraraq yerli avtomobil sektorunda əhəmiyyətli bir marka halına gəlib.

Mövzuya görə xəbərlər