BAKI, TurkicWorld
Suluada “Türkiyənin Maldivləri” kimi dünya mətbuatında geniş yer alır.
TurkicWorld xəbər verir ki, İngiltərənin məşhur Daily Mail nəşri Suluadanın 2025-ci ilin yay mövsümündə İngilis turistlər arasında Türkiyənin ən çox seçilən tətil məkanı olduğunu qeyd edib.
On the Beach tətil şirkətinin məlumatlarına görə, son iki ildə Türkiyəyə edilən rezervasiyalar 54% artıb və Antalya bu artımda ən populyar şəhərlərdən biridir.
Xəbərdə, Antalya sahillərində yerləşən Suluadanın təmiz ağ qumu və firuzəyi suları ilə Maldiv adalarına bənzədildiyi vurğulanır. Ada gündə 6 minə yaxın ziyarətçi qəbul edir və qayıq turları vasitəsilə təbiət və tarixi yerlər, o cümlədən Adrasan Mayakı ziyarət olunur.
Qeyd edək ki, Suluada adını materikdən gələn şirin su mənbəyindən alır və dənizdə şirin su damarı mövcuddur, bu da adanın təbii unikallığını artırır.