BAKI,TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurasının baş katibi Alain Berset ilə görüş keçirib
TurkicWorld xəbər verir ki, Ərdoğan Avropa Şurasının baş katibi Alain Berset-i Prezident Külliyəsində qəbul edib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, eləcə də Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Qeyd edək ki, tərəflər arasında keçirilən görüşdə Avropa Şurası ilə Türkiyə arasında münasibətlər, regional təhlükəsizlik və insan hüquqları məsələlərinin müzakirə edildiyi bildirilir.