Son dəqiqə

AFAD zəlzələ Egey dənizi

Egey dənizində 4,1 bal gücündə zəlzələ qeydə alınıb

BAKI, TurkicWorld

Egey dənizində bu gün yerli vaxtla saat 11:32-də 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.

Mövzuya görə xəbərlər