Türkiyə Türk aviasiya sənayesi HÜRKUŞ Təlim Təyyarəsi Turkish Aerospace Industries Performans imkanları Manevr qabiliyyəti

Türk mühəndisliyinin zirvəsi - Yeni nəsil HÜRKUŞ

BAKI, TurkicWorld

Türk aviasiyasında əzmkarlığın simvolu HÜRKUŞ yeni siması ilə havaya qalxıb.

TurkicWorld xəbər verir ki, milli imkanlarla hazırlanan HÜRKUŞ təyyarəsi yeni və daha müasir dizaynı ilə ilk uçuşunu həyata keçirib.

Turkish Aerospace Industries (TAI) tərəfindən təqdim edilən yeni HÜRKUŞ həm texnoloji baxımdan, həm də estetik olaraq mühüm yeniliklərlə diqqət çəkir.

“Mühəndislik baxışımızı və texnologiyada əzmkarlığımızı hər detalında əks etdirən HÜRKUŞ, gələcək aviasiya layihələri üçün ilham mənbəyi olmağa davam edəcək”- TAI-nin yaydığı rəsmi açıqlamada bildirilib.

Yeni HÜRKUŞ gücləndirilmiş performans imkanları ilə daha çox etibarlılıq və manevr qabiliyyəti təqdim edir. Layihə həm də Türkiyənin müdafiə sənayesində özünəinamının bir göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, HÜRKUŞ layihəsi təlim və yüngül döyüş məqsədli aviasiya ehtiyaclarını qarşılamaqla yanaşı, ixrac potensialına da malikdir. Yeni dizayn onun beynəlxalq bazarlarda daha rəqabətli olmasına şərait yaradacaq.

Mövzuya görə xəbərlər