Son dəqiqə

Türkiyə Kapadokya turizm Mülki Aviasiya Hava şarları Yerli istehsal HÜRKUŞ Təlim Təyyarəsi Sərnişin rekordu

Kapadokyada göylərə yüksələn rekord

BAKI, TurkicWorld

Kapadokyada hava şarları sərnişin rekordu qırıb.

TurkicWorld xəbər verir ki, 2023-cü ildə Türkiyədə isti hava şarı uçuşlarında sərnişin sayı rekord həddə çatıb.

Nevşehir-Kapadokya başda olmaqla, ölkənin 7 bölgəsində təklif edilən hava balonu turlarından 933 min 195 turist yararlanıb ki, bu da əvvəlki illə müqayisədə 25 faiz artım deməkdir.

Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, hazırda Türkiyədə 71 şirkət 441 hava şarı ilə xidmət göstərir. Ötən il 43 min 283 uçuş həyata keçirilib və bu göstərici bütün zamanların ən yüksək sərnişin sayıdır.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2024-cü ildə 348 pilot spirt və psixoaktiv maddələr üçün xəbərdarlıq edilmədən yoxlanılıb, 27 uçuşqabağı nəzarət və 585 yoxlama uçuşu aparılıb.

Bununla yanaşı, Türkiyədə isti hava şarlarının yerli istehsalına başlanılıb. İstehsal edilən şarlar artıq Ruanda, Qana, Misir, Azərbaycan, Qətər, Cənubi Koreya, Yaponiya, Meksika və İordaniyaya ixrac olunur.

Qeyd edək ki, hazırda Türkiyədə 387 sənədli pilot və 710 texniki personal hava şarları sahəsində fəaliyyət göstərir. Həmçinin, HÜRKUŞ Təlim Təyyarəsi və yerli dizaynlı isti hava şarları sertifikatlaşdırılaraq istifadə sahəsinə daxil edilib.

Mövzuya görə xəbərlər