BAKI,TurkicWorld
İstanbulda səhər saatlarından etibarən təsirli olan sıx duman səbəbindən Sabiha Gökçen Hava Limanına eniş edə bilməyən bir sıra təyyarələr alternativ hava limanlarına yönləndirilib.
TurkicWorld xəbər verir ki, görüş məsafəsinin azalması aviasiya nəqliyyatında ciddi çətinliklərə səbəb olub.
Hava şəraitinin yaratdığı problemlər nəticəsində 29 təyyarə yanacaq kritik səviyyəsinə çatdığı üçün İstanbul Hava Limanı və Ankara Esenboğa Hava Limanına yönləndirilib. Bəzi təyyarələr isə havada gözləmə dövrləri atmaq məcburiyyətində qalıb.
Sabiha Gökçen-dən planlaşdırılmış uçuşlar da gecikmələrlə həyata keçirilib.
Təxminən 5 saat davam edən sıx dumanın ardından saat 08:30-dan etibarən uçuşların normal rejimə qayıtmağa başladığı bildirilib.