Son dəqiqə

Türkiyə təxribat Milliyyetçi Harekat Partiyası (MHP) Devlet Bahçeli

Türkiyə qaranlıq oyunlara aldanmayacaq - Bahçeli

Bakı, TurkicWorld

Türkiyə oyuncaq deyil, qaranlıq oyunlara aldanmayacaq.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Milliyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçelinin X platformasında verdiyi açıqlamada yer alıb.

Bahçeli Türkiyədə baş verən son hadisələrlə bağlı təxribatçılara sərt reaksiya verib.

"Türkiyə CHP-nin etdiyi çoxşaxəli təxribat və vandallıq dalğasını dəf etməyə qadirdir. Xarici kəşfiyyat təşkilatlarının kuklasına çevrilib küçələrə axışanların, ölkənin daxili asayiş və əmin-amanlığını pozanlar mütləq cəzalandırılmalıdır", - deyə Bahçeli bildirib.

Bahçeli həmçinin müxalifəti də sərt şəkildə tənqid edib.

"Vandalizmi demokratiya adlandıracaq qədər həqiqətlərdən qopmuş, millətinə və dövlətinə yadlaşmış, bir müxalifət anlayışı ilə qarşı-qarşıyayıq", - deyə Bahçeli qeyd edib.

Mövzuya görə xəbərlər