Son dəqiqə

Türkiyə Ali Yerlikaya Hücre əməliyyatları sələmçilik və fırıldaqçılığa qarşı əməliyyatlar

Türkiyədə keçirilən əməliyyatlarda 300-dən çox adam saxlanılıb

BAKI, TurkicWorld

Türkiyədə keçən həftə 54 şəhərdə kredit şirkətləri, fırıldaqçılar və maliyyə cinayəti təşkilatlarına qarşı keçirilən "Hücrə-15" əməliyyatları zamanı 334 şübhəli saxlanılıb, onlardan 123-ü həbs edilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verərək, əməliyyatların Baş Prokurorluqlar və KOM Başçılığının koordinasiyası ilə vilayət polis idarələri, KOM və maliyyə şöbə müdirlikləri tərəfindən həyata keçirildiyini bildirib.

Yerlikaya qeyd edib ki, şübhəlilər "sələmçilik, dövlət və şəxslərə qarşı nitelikli fırıldaqçılıq, sənədləri saxtalaşdırma, tender saxtakarlığı və vergi qanunlarını pozma" ittihamları ilə istintaqa cəlb olunublar.

Əməliyyat zamanı 13 ədəd sənədsiz tapança, 6 ədəd ov tüfəngi, çox sayda çek, veksellər və rəqəmsal materiallar müsadirə edilib.

Nazir Yerlikaya cinayətkar qruplara qarşı mübarizənin davam edəcəyini və heç bir qeyri-qanuni qurumun millətin təhlükəsizliyini təhdid edə bilməyəcəyini vurğulayıb. O, həmçinin əməliyyatları koordinasiya edən baş prokurorları və qəhrəman polisləri təbrik etdiyini bildirib.

Mövzuya görə xəbərlər