Son dəqiqə

Türkiyə Cevdet Yılmaz

Cevdet Yılmaz İngiltərədə investorlarla görüşəcək

Bakı,TurkicWorld

Türkiyə prezidentinin müavini Cevdet Yılmaz, sabah İngiltərəyə səfər edəcək.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Yılmaz, səfəri zamanı qlobal maliyyə mühitindən olan şəxslərlə əlaqələr quracaq və bu çərçivədə Londrada fon rəhbərləri və investorlarla görüşəcək.

Yılmaz, Global Türk Capital tərəfindən təşkil edilən "Türkiyə və Çevresinde Xüsusi Kapital Yatırımları 2025 Görünümü Konfransı"nda, Türkiyənin 2025-ci il iqtisadi görünümü və makro siyasətləri barədə təqdimat edəcək. Həmçinin Dünya Türk İş Şurasının Birləşmiş Krallıq üzvləri ilə görüşəcək.

Yılmaz, proqramın ikinci günündə isə beynəlxalq fondların rəhbərləri ilə xüsusi görüş keçirmək niyyətindədir.

Prezidentin müavini Yılmazın səfəri çərçivəsində Türkiyə iqtisadiyyatının investorlar üçün təklif etdiyi imkanlar və qlobal maliyyə mühitindən olan şəxslərlə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mesajlar verməsi gözlənilir.

Mövzuya görə xəbərlər