Son dəqiqə

Türkiyə Qabon Mehmet Fatih Kacır anlaşma memorandumu

Türkiyə və Qabon Arasında Elm və Texnologiya Anlaşması

Bakı, TurkicWorld

Türkiyə və Qabon arasında elm və texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə anlaşma memorandumu imzalanıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır bu barədə sosial media hesabında paylaşım edərək, Qabonun Ali Təhsil, Elmi Tədqiqat və Texnoloji İnnovasiyalar Naziri Marcelle İbinqa Itsitsa və nazirlik nümayəndə heyəti ilə məhsuldar görüş keçirdiklərini bildirib.

Kacır görüşün nəticələri ilə bağlı açıqlamasında vurğulayıb ki, imzalanan memorandum iki ölkə arasında elm və texnologiya sahəsində əməkdaşlığı gücləndirəcək.

"Bu müqavilə ortaq Ar-Ge (elmi tədqiqat və eksperimental işləmələr) layihələrindən alim mübadiləsi proqramlarına, innovasiya ekosistemlərimizin inteqrasiyasına qədər bir çox sahədə yeni imkanlar yaradacaq. Ümid edirik ki, Türkiyənin bilik və texnologiya potensialı ilə dərinləşdiriləcək bu addım Afrikada mühüm töhfə verəcək." – deyə nazir qeyd edib.

Bu yeni əməkdaşlıq çərçivəsində elm və texnologiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, innovasiya və tədqiqat layihələrinin genişləndirilməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər