Son dəqiqə

Türkiyə hava şəraiti Çanaqqala Boğazı

Çanaqqala Boğazı hava şəraiti səbəbindən müvəqqəti bağlanıb

Bakı, TurkicWorld

Türkiyədə Çanaqqala Boğazında sıx duman səbəbindən iki istiqamətli tranzit gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , səhər saatlarında açıq dənizdə dumanın daha da sıxlaşması görmə qabiliyyətini məhdudlaşdırıb, bu da gəmi hərəkətinin təhlükəsizliyini riskə atıb.

Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi, radio vasitəsilə gəmilərin kapitanlarını məlumatlandıraraq boğazın şimal və cənub istiqamətində tranzit keçidlər üçün bağlandığını elan edib.

Rəsmi açıqlamaya görə, duman çəkildikdən sonra gəmi hərəkətinin normallaşacağı gözlənilir.

Mövzuya görə xəbərlər