Bakı, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk günündə Suriyanın paytaxtı Dəməşqdə iftar açacaq.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , məlumata görə, iftardan sonra Ərdoğan Dəməşqin tarixi Əməvi məscidində təravih namazı qılacaq.
Bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edən Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Əl-Şaraa daha sonra fevralın 4-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər etmişdi.







