Son dəqiqə

Türkiyə İŞİD Hakan Fidan

İŞİD müsəlman cəmiyyətləri üçün zəhərdir - Fidan

Bakı, TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan İŞİD və PKK haqqında önəmli açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, Fidan bu barədə İordaniyanın xarici işlər naziri Aymen əs-Safedi ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

Nazir PKK-nın zorakılıq üzərində qurduğu imperiyanın çöküş mərhələsində olduğunu vurğulayaraq, "Onlar kürd qardaşlarımızın nəcib hisslərini istismar ediblər. Bu zorakılıq imperiyası dağılmağa doğru gedir." - deyə bildirib.

"Əgər bölgədə fərqli ambisiyalarınız varsa və İŞİD-ı bəhanə edərək PKK-nı gücləndirirsinizsə, bu siyasətin uğur qazanması mümkün deyil. İŞİD müsəlman cəmiyyətləri üçün bir zəhərdir və onlara qarşı mübarizə ortaq məqsədimiz olmalıdır." - deyə Fidan çıxışında Qərbə də müraciət edib.

Mövzuya görə xəbərlər