Son dəqiqə

Türkiyə ABŞ İstanbul

ABŞ-dan İstanbuldakı atışma ilə bağlı ilk reaksiya: Diplomatik missiyalara hücum qəbulolunmazdır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak İstanbulun Levent məhəlləsində İsrail Baş Konsulluğu qarşısında baş verən silahlı hücumu kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, səfir Barrak diplomatik nümayəndəlikləri hədəf alan bu cür hadisələrin beynəlxalq nizama və dövlətlərarası prinsiplərə zidd olduğunu vurğulayıb. O, Türkiyənin təhlükəsizlik qüvvələrinin hadisəyə çevik və qətiyyətli müdaxiləsini yüksək qiymətləndirdiklərini bildirib. "ABŞ bu hücumu ən güclü şəkildə pisləyir və Türk hüquq-mühafizə orqanlarının fəaliyyətini təqdir edir", - deyə diplomat qeyd edib.

Xatırladaq ki, bu gün Leventdə yerləşən konsulluq binası yaxınlığında baş verən atışma zamanı 2 polis əməkdaşı yaralanıb, hadisəni törədənlər zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin son məlumatına görə, hadisə yerində ölü olaraq ələ keçirilən Yunus E. S.-nin dini terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilib. Digər ikisi Onur Ç. və Enes Ç.-nin qardaş olduqları, onlardan birinin isə narkotik vasitələrlə bağlı cinayət qeydinin olduğu üzə çıxıb. Hazırda hadisə ilə bağlı başladılan genişmiqyaslı tədqiqat davam edir.

Mövzuya görə xəbərlər