Bakı, TurkicWorld
Türkiyənin Van şəhərində yağan qar səbəbindən 27 yaşayış məntəqəsinin yolları bağlanıb
TurkicWorld xəbər verir ki, Vanın Muradiye rayonunda intensiv qar yağışı nəticəsində 27 yaşayış məntəqəsinin yolları nəqliyyat üçün bağlanıb.
Rayon sakinlərinin verdiyi məlumata görə, yolların bağlanması ilə yanaşı, havanın temperaturunda da kəskin enmə müşahidə olunur.
Güclü qar , bölgə əhalisi üçün çətinliklər də yaradıb.Rayon ərazisindəki məktəblərin bağlandığı və yol təmizləmə işlərinin davam etdiyi bildirilib.







