Bakı,TurkicWorld
Türkiyədə 31 şəhərdə PKK/KCK-PYD/YPG-yə qarşı keçirilən "GÜRZ-20" əməliyyatlarında 176 terror təşkilatı üzvü ələ keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.
Əməliyyatlar zamanı 176 terror təşkilatı üzvünün yaxalandığını bildirən Yerlikaya, şübhəlilərin terror təşkilatı tərkibində fəaliyyət göstərdiklərini, terror təşkilatının gənclər strukturunda olduqlarını, və terror təşkilatı üçün təbliğat apardıqlarını bildirib.
Onların ictimai media hesablarından qeyri-qanuni nümayişlərə qatıldıqları təsbit edilib.
Əməliyyatlar zamanı çoxlu sayda sənədsiz tapança, ov tüfəngi, narkotik, təşkilati sənədlər və rəqəmsal materialların ələ keçiriib.
"Millətimizin həmrəyliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik",- deyə Yerlikaya bildirib.