Son dəqiqə

Energetika Nazirliyi Serbiya Orxan Zeynalov Sonya Vlahoviçin

Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft, qaz və yaşıl enerji gündəmdədir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Energetika Nazirliyində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupun hibrid formatda ilk iclası keçirilib.

TurkicWorld Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini Orxan Zeynalov və Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviçin həmsədrlik etdiyi iclasda Azərbaycan tərəfindən SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəristiliktəchizat” ASC, Serbiya tərəfdən Mədənçilik və Energetika Nazirliyi və “Srbijagas” şirkətinin nümayəndələri iştirak ediblər.

Nazir müavini Orxan Zeynalov iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də energetika sahəsində inkişaf etməkdə olan əməkdaşlığı vurğulayıb. 15 fevral 2026-cı il tarixində Belqradda Azərbaycan və Serbiya Prezidentlərinin həmsədrliyi ilə keçirilmiş Strateji Tərəfdaşlıq Şurasının iclasının bu əməkdaşlığın genişlənməsinə töhfə verdiyi qeyd edilib.

Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviç Azərbaycan və Serbiya arasında imzalanmış memorandum və sazişlərlə iki ölkə arasındakı əməkdaşlığın strateji səviyyəyə çatdığını vurğulayıb.

İclas zamanı neft və qaz sektoru, energetika infrastrukturu, elektrik enerjisi istehsalı və enerji səmərəliliyi istiqamətlərində geniş müzakirələr aparılıb. Azərbaycanın Serbiyaya qaz tədarükünün həm Serbiyanın, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi qeyd edilib. Həmçinin Serbiyanın Niş şəhərində qazla işləyən elektrik stansiyasının tikintisi üzrə birgə layihə, eyni zamanda istilik təchizatı, yaşıl enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər