BAKI,TurkicWorld
2026-cı ilin 9 ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 12 606 vətəndaş müraciəti daxil olub.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciətlərin 1913-ü məlumat, 10693-ü isə icra xarakterli olub. Bunlardan 10213-u müvafiq qaydada icra edilib, 480 müraciət isə icradadır.
Müraciətlər əsasən, elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonası, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq və digər mövzuları əhatə edib.
Hesabat dövründə daxil olan müraciətlərin 8632-si Energetika Nazirliyinin "Çağrı Mərkəzi" və "Qaynar xətt"i vasitəsilə qəbul edilib. Müraciətlərin 6990-nı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 900-ü təşəkkür xarakterli, 742-si isə digər məsələlərlə bağlı olub.
2026-cı ilin 9 ayı ərzində Nazirliyin Aparatı və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 276 vətəndaş qəbul edilib.







