Bakı, TurkicWorld
Türkiyədə bu həftə 53 vilayətdə narkotik satıcılarına və narkotik maddələrə qarşı "Narkoçelik-43" əməliyyatı həyata keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında paylaşıb.
Əməliyyatlar nəticəsində 1 ton 392 kq narkotik maddə və 752 min 261 ədəd narkotik həb götürülüb. Əməliyyat zamanı 335 narkotik maddə satıcısı saxlanılıb.
Bu əməliyyat başda Ankara, Qaziantep, İstanbul, Adana, Samsun olmaqla, 53 vilayətdə təşkil olunub. Əməliyyat çərçivəsində 838 qrup, 2 min 94 personal, 11 təyyarə və 29 narkotik axtarış iti cəlb edilib. Nəticədə narkotik maddələrlə əlaqəli cinayətkar şəbəkələrin fəaliyyəti ifşa edilib.