Bakı, TurkicWorld
Discord-la bağlı bütün lazımi təhlükəsizlik addımları atılacaq.
TurkicWorld xəbər verir ki, bu fikirləri Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, "Discord" tətbiqi ilə bağlı verdiyi açıqlamasında səsləndirib.
Nazir açıqlamasında tətbiq barədə olan bəzi iddialar və müzakirələrə aydınlıq gətirib.
O, uşaqlar və gənclər arasında şantaj, pedofiliya və cinsi istismar kimi hadisələrlə əlaqələndirilən platforma ilə bağlı tədbirlər görməyə hazır olduqlarını bildirib.
Uraloğlu, tətbiqin qadağan edilməsi istiqamətində hər hansı bir qərar verilmədiyini , lakin girişi məhdudlaşdırmaq üçün hazırda müəyyən tələblərin yerinə yetirilməsinin müzakirə edildiyini vurğulayıb.
O, həmçinin valideynlərə səslənərək ən böyük məsuliyyətin onların üzərində olduğunu deyib və uşaqlarının internet istifadəsini izləyərək, onlarla daha çox vaxt keçirməyi tövsiyə edib.