Son dəqiqə

TOGG

TOGG T10F Teknofestdə nümayiş etdirilib

Bakı,TurkicWorld

TOGG-un C avtomobil seqmentində ilk ağıllı mobillik cihazı T10X-dən sonra eyni sinifdə hazırlanmış ikinci cihazı T10F ilk dəfə Teknofestdə nümayiş etdirildi.

TurkicWorld xəbər verir ki, TOGG-un C avtomobil seqmentində ilk ağıllı mobillik cihazı T10X-dən sonra eyni sinifdə inkişaf etdirdiyi ikinci cihazı T10F ilk dəfə Adanada təşkil edilən Teknofestdə ziyarətçilərə təqdim edilib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Məlumat üçün bildirək ki, TOGG-un sedan modeli 2025-ci ildə istehsala başlayacaq.

Mövzuya görə xəbərlər