Son dəqiqə

Türkiyə PUA TEKNOFEST

Türkiyədə tələbələr tərəfindən yük daşıyan PUA istehsal edilib

Bakı, TurkicWorld

Türkiyənin Adana şəhərində Alparslan Türkeş Elm və Texnologiya Universitetinin tələbələri, “KORAL” adlı yük daşıyan pilotsuz uçuş aparatı (PUA) hazırlayıblar.

TurkicWorld xəbər verir ki, tələbələrdən ibarət KAAN Texnologiya Klubu, əməliyyat bölgələrinə yük daşıya bilən PUA dizaynı üçün 10 ay əvvəldən işə başlayıblar.

Layihə koordinatoru Görkem Kamal Ermurat, bu aparatla hərbi sursat və bənzəri texnikanın əməliyyat bölgələrinə daşınmasını sürətləndirməyi hədəflədiklərini bildirib.

“KORAL” 2 kiloqram yük daşıma qabiliyyətinə malikdir və avtonom uçuş xüsusiyyətlərinə sahibdir. Tələbələr cihazın dizayn və proqram təminatını özləri hazırlayıblar.

Aparatın xüsusiyyətlərinə görə, 4 mühərriki ilə havada sabit qala bilir və əlavə olaraq tək mühərriklə üfüqi hərəkət edir. Yük daşıma mexanizmi avtonom şəkildə işləyərək yükü təyinat nöqtəsinə çatdırır.

Bu layihə ilə TEKNOFEST-də birinci olmağı hədəfləyən komanda üzvləri gələcəkdə PUA-nı daha da inkişaf etdirmək üçün çalışırlar.

Mövzuya görə xəbərlər