Bakı, TurkicWorld
TEKNOFEST dünya tarixində iz qoyacaq yeni nəsil gəncləri yetişdirməyi hədəfləyir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar festival çərçivəsində olan çıxışı zamanı bildirib.
Bayraktar festivalın əsas məqsədinin dünyada iz qoyacaq nəsillər yetişdirmək və texnologiya sahəsində bəşəriyyətin xeyrinə yeni töhfələr vermək olduğunu vurğulayıb. Onun sözlərinə görə, TEKNOFEST-in məqsədi müstəqil Türkiyəni gücləndirmək və texnologiya inkişafına öncülük edən yeni nəsil gəcləri yetişdirməkdir.
Bayraktar, festivalda gənclərin böyük əzm və həvəslə çalışdığını və bu enerjinin Türkiyənin texnoloji inkişafına ciddi təsir edəcəyini bildirib. O, həmçinin bu gənclərin gələcəkdə pilotsuz uçuş aparatları və kosmos proqramları kimi sahələrdə mühüm irəliləyişlər əldə edəcəyinə inandığını ifadə edib.
TEKNOFEST-in böyüməsi ilə bağlı optimist fikirlərini paylaşan Bayraktar, Türkiyənin müdafiə sənayesi və sahibkarlıq ekosisteminin daha da inkişaf edəcəyini və yüksək texnologiyalı məhsulların milli və qlobal miqyasda əhəmiyyət daşıdığını qeyd edib. O, festivalın yalnız texnoloji inkişafı deyil, həm də bəşəriyyətə fayda verəcək böyük təşəbbüsləri hədəflədiyini vurğulayıb.
Bayraktar, Baykar şirkətinin dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçısı olduğunu qeyd edərək, bu sahədəki uğurların gələcəkdə daha da artacağına ümid etdiyini bildirib. Eyni zamanda, Kızılelma, Bayraktar TB3 və kosmos sahəsində görülən işlərin də davam etdiyini vurğulayıb.
Qeyd edək ki, 49 fərqli sahədə 1 milyon 600 min istirakçının müraciət etdiyi yarışmada sonda 6 min 500 finalçı yarışacaq.
Bu il 10 fərqli sahədə yeni yarışmaların davam etdiyini və Aralıq dənizinin 11 ilində yarışların olacağını bildirən Bayraktar, TEKNOFEST Akdeniz-in 2-6 oktyabr tarixlərində Adanada keçiriləcəyini xatırladıb.