Son dəqiqə

Türkiyə Misir

Misir Türkiyə istehsalı “POLAD GÜNBƏZ” istifadə edəcək

Bakı,TurkicWorld

Ankara, Misir prezidenti Əbdülfəttah əs-Sisinin ölkəyə səfərinin ilk nəticəsi kimi Misirlə uçuşların iki dəfədən çox artdığını açıqlayıb.

TurkicWorld ArabAZ -a istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası zamanı mülki aviasiya sahəsində imzalanan anlaşma memorandumuna əsasən, Türkiyə ilə Misir arasında uçuşlar ikiqat artacaq.

Türkiyəli nazir açıqlamasında əlavə edib ki, Türkiyə ilə Misir arasında dəmir yolu, mülki aviasiya və informasiya-kommunikasiya texnologiyaları sahələrində 3 mühüm anlaşma memorandumu imzalanıb.

O, iki mülki aviasiya departamenti arasında anlaşma memorandumuna əsasən, Misir və Ankara arasında uçuşların sayının həftədə 30-dan 67-yə çatdırıldığına diqqət çəkərək, Türk Hava Yollarının (THY) Şarm Əl-Şeyx, Hurqadaya və İsgəndəriyyə də uçuşlar təşkil etdiyini bildirib..

“Biz inanırıq ki, bu memorandum bir çox sektorlarda, xüsusilə də iki ölkə arasında iqtisadi fəaliyyət, ticarət və turizm sahələrində müsbət töhfə verəcək”-deyə Uraloğlu bildirib.

Sisi və Ərdoğanın sədrliyi ilə keçirilən Strateji Şuranın iclasında Misir və Türkiyə mülki aviasiya, informasiya texnologiyaları, dəmir yolları, rabitə, maliyyə, ətraf mühit, şəhərsalma, səhiyyə, enerji və digər sahələrdə 17 anlaşma protokolu imzalayıb.

Bununla bağlı Türkiyənin “Aselsan” Müdafiə Sənayesi Şirkətinin baş direktoru Əhməd Akyol, “Polad günbəz” kimi tanınan yerli hava hücumundan müdafiə sistemini Türkiyədə tamamlandıqdan sonra dost və müttəfiq ölkələrlə paylaşmağa qərarlı olduqlarını söylədi.

Cümə axşamı günü Əl-Alameyndə başa çatan Misir Beynəlxalq Hava Sərgisinə qatılan Akyol bildirib ki , Misir səmasında Türk Aviasiya Sənayesi Təşkilatı (Tuşaş) tərəfindən istehsal olunan təlim və yüngül hücum təyyarəsinin (Harjet) uçduğunu görməkdən qürur duyub.

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi avqustun 6-da prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi iclasda Türkiyə hava məkanının təhlükəsizliyini artırmaq üçün “Polad günbəz” layihəsinin hazırlanması barədə qərar qəbul edib.

Türkiyənin müdafiə sənayesi şirkətləri Aselsan, Roketsan, MKE və Tubitak Saga, “ən mükəmməl sistem” olaraq xarakterizə edilən “Polad Günbəz” layihəsini həyata keçirmək üçün əməkdaşlıq edir. Bu system bir neçə sistemi və müxtəlif xüsusiyyətlərə malik silahları özündə birləşdirir.

Mövzuya görə xəbərlər