Bakı, TurkicWorld
Müsəlman Qardaşlar Təşkilatının (İxvan-i Müslimin) Londondakı Baş Rəhbərinin müavini Hilmi əl-Cazzarın təşəbbüsü ilə irəli sürülən barışıq təşəbbüsünə Misir hakimiyyətindən heç bir reaksiya verilməsə də, Qardaşlar Misir rəsmiləri ilə barışıq səylərini davam etdirir.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Misir hakimiyyəti tərəfindən “terror təşkilatı” kimi təsnif edilən “Qardaşlar” ötən ayın ortalarında siyasi aksiyalardan əl çəkərək təbliğə fokuslanacağını təklif etmişdi.
Mütəxəssislər bu təklifi “Misir hakimiyyəti ilə kompromis əldə etmək və Misirə qayıtmaq cəhdi” kimi şərh ediblər.
Misirdə məhkəmə qərarı ilə bağlanan Azadlıq və Ədalət Partiyasının mətbuat katibinin müşaviri Murad Əli dünən öz Facebook hesabından verdiyi açıqlamada müxtəlif təkliflər irəli sürdü və bu təkliflərində “Müsəlman Qardaşlar” təşkilatına yeni bir siyasi sistem inkişaf etdirməsinə kömək edəcəyini söylədi. Bu təkilflərdən bir də , yeni baxış və çətinliklərin öhdəsindən gələ biləcək gənc liderlik komandasının yetişdirilməsi təklifi idi.
Mövzu ilə bağlı açıqlama verən, Əl Ahram Siyasi və Strateji Araşdırmalar Mərkəzindən Həsən Əbu Talib bu cür təşəbbüslərin etibarlılığına şübhə ilə yanaşdığını bildirib. Əbu Talib açıqlamasında bunun təşkilatın xaricdə yaşadığı böhranlar səbəbilə, “Müsəlman Qardaşlar” hərəkatına qucaq açan ölkələrin camaat üvzlərinə arxa çevirməsindən sonra, təşkilat üvzlərinin azadlıqları üçün ciddi təhdid yarandıqdan sonra Misirə qayıtmaq cəhdi olduğunu qiymətləndirib. Əbu Talib əlavə edib ki, təşkilatın siyasi fəaliyyətlərdən əl çəkməsi onun ideologiyası ilə uyğun gəlmir.
Əbu Talib “Qardaşlar”ın siyasətdən çəkilmə təklifini dəstəkləməyin Misir hakimiyyəti üçün cəlbedici və bir növ məqbul olacağını düşünsə də, əslində təşkilatın ictimaiyyət tərəfindən qəbul edilməməsi ilə bağlı başqa bir böhranın olduğunu vurğulayıb.
Əbu Talib, konstitusiya və qanunlara uyğun gəlməyən qeyri-qanuni təşkilatların dəvət işi ilə məşğul olmasının qəbuledilməz olduğunu bildirib.
Əbu Talib qeyd edib ki, İxvan liderlərinin əksəriyyəti, Mürşid Məhəmməd Bədi, təşkilat 2013-cü ildə hakimiyyətdən getdikdən sonra Misirdə baş verən zorakılıq və qətllərə görə cəzalarını çəkmək üçün Misir həbsxanalarındadır.
Misirli təhlükəsizlik üzrə ekspert, təqaüdçü general-mayor Fuad Əllam qeyd edib ki, “Qardaşlar”ın məqsədi hakimiyyətə çatmaqdır, ona görə də adından asılı olmayaraq bu məqsəddən vaz keçəcəklərinə inanmaq olmaz. Allam son hadisələri Qardaşların Misirə qayıtmaq və mövcud şərtlərə uyğunlaşma cəhdi kimi qiymətləndirib.
“Müsəlman Qardaşlar”ın geri dönməsinə icazə verilərsə, təşkilatın yenidən siyasi fəaliyyətlərlə maraqlanacağını və siyasətə girmək üçün doğru zamanı gözlədiyini düşünən Əllam, “Müsəlman Qardaşlar”ın hər hansı ad altında geri qayıtmasının qəbuledilməz olduğunu vurğulayıb.
Əllamın sözlərinə görə, “Qardaşlar” yeni təşəbbüsü ilə müxtəlif aktorlarla dialoq və ünsiyyət vasitəsilə beynəlxalq ictimaiyyətlə ünsiyyət qurmaq və imicini yaxşılaşdırmaq məqsədi daşıyır.
Bunu təşkilatın Misir daxilində və xaricində media və siyasətçilərin qarşısına siyasi və ictimai cəhətdən məqbul bir şəkildə çıxmaq istəyinin əksi kimi görən Allam, bəyan edilməmiş məqsədlərinə çatmaq üçün “yeraltı işlərə” qayıdacağını düşündüyü Müsəlman Qardaşların əsl niyyətlərini gizlətdiyini hesab edir.