Bakı, TurkicWorld
Çanaqqalanın Ayvacık rayonu sahillərində həyata keçirilən əməliyyatlar zamanı 96 qeyri-qanuni miqrant saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığına aid mobil radar "MORAD-8" Ayvacık sahillərində rezin qayıqlarla irəliləyən 3 qrup aşkar edib.
Bölgəyə gedən Sahil Mühafizəsinə məxsus "TCSG-84" gəmisinin və "TCSG-8" katerinin qrupları, Suriya, Fələstin, Sudan, Əfqanıstan və İrandan olan 36-sı uşaq olmaqla 96 qeyri-qanuni miqrant rezin qayıqlarla sahilə çıxarılıb.
Əməliyyatlardan sonra xarici vətəndaşlar Ayvacık Geri Dönüş Mərkəzinə aparılıb.
Hafiz Rufizoğlu