Son dəqiqə

Türkiyə qeyri-qanuni miqrant Qeyri-qanuni miqrantlar İmmiqrasiya siyasəti Miqrantların qaytarılması Könüllü miqrant çıxışı miqrant əməliyyatı və miqrant qaçaqçılığı

Son iki həftədə Türkiyədə 2 mindən çox qanunsuz miqrant saxlanılıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə təhlükəsizlik qüvvələrinin son iki həftə ərzində ölkə üzrə keçirdiyi əməliyyatlar zamanı 69 miqrant qaçaqçısı və 2 min 386 qanunsuz miqrant saxlanılıb.

TurkicWorld xəbər verir ki, Təhlükəsizlik qurumlarının Qaçaqmalçılıq və İnsan Alveri ilə Mübarizə İdarəsinin koordinasiyası ilə keçirilən əməliyyatlarda miqrant qaçaqçılığı ilə məşğul olan şəbəkələrə qarşı geniş tədbirlər həyata keçirilib.

Saxlanılan 69 təşkilatçıdan 47-si məhkəmə qərarı ilə həbs edilib, 22 nəfər barəsində isə məhkəmə nəzarəti tətbiq olunub.

Əməliyyatlar zamanı 89 nəqliyyat vasitəsi və 6 qayıq müsadirə olunub.

Qanunsuz miqrantlar müvafiq dövlət qurumlarına təhvil verilib və onların ölkədən çıxarılması ilə bağlı prosedurlara başlanılıb.

Mövzuya görə xəbərlər