Son dəqiqə

Türkiyə Narkoçelik əməliyyatları

Türkiyədə yarım tondan çox narkotik ələ keçirilib

Bakı,TurkicWorld

Türkiyənin Artvin şəhərində keçirilən “Narkoçelik-36” əməliyyatında 502 kiloqram narkotik maddə ələ keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

“Ölkəmizi narkotik tacirlərindən təmizləməkdə qərarlıyıq. Ölkəmizin hər yerində narkotik tacirlərinə qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək”,- deyə nazir bildirib.

Əməliyyat nəticəsində 502 kiloqram marixuana götürülüb, narkotik satmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Mövzuya görə xəbərlər