Son dəqiqə

Türkiyə Ali Yerlikaya Narkoçelik əməliyyatları

Türkiyədə 2,5 ton narkotik maddə ələ keçirilib

Bakı,TurkicWorld

Türkiyədə 49 şəhərdə narkotik tacirlərinə qarşı keçirilən Narkoçelik-35 əməliyyatlarında, 2 ton 428 kq narkotik maddə ələ keçirilib, 336 şəxs saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin koordinasiyasında həyata keçirilən əməliyyatlarda 832 qrup, 2 min 81 şəxsi heyət, 10 təyyarə və 39 narkotik axtarış iti iştirak edib.

“Ölkəmizi zəhər tacirlərindən və küçə alverçilərindən təmizləməkdə qərarlı olduğumuzu bilməsini istəyirəm. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm”,- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər