Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə narkotik ticarəti edən şəxslər saxlanılıb

Bakı,TurkicWorld

Türkiyənin 11 şəhərində narkotik ticarəti edənlərə qarşı keçirilən əməliyyatlarda 103 şübhəli saxlanılıb, onlardan 100-ü həbs edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Əməliyyatlarda 150 qrup, 500 şəxsi heyət və 11 narkotik axtarış iti iştirak edib.

74 ayrı ünvana təşkil edilən basqınlarda nəzarətə alınan 103 şübhəlidən 100-ü həbs edilib.

Mövzuya görə xəbərlər