Bakı,AzerVoice
Uzun müddət MİT tərəfindən izlənilən PKK üzvü Mehnaz Omarı İstanbulda həbs edilib.
AzerVoice xəbər verir ki, Omarı təşkilatın Finlandiyadakı yüksək səviyyəli rəhbərliyi arasında koordinasiyanı təmin edirdi.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul prokurorluğu tərəfindən həyata keçirilən əməliyyatda, terror təşkilatı PKK/KCK-nın Finlandiya qrupunda fəaliyyət göstərən İran əsilli Mehnaz Omarı həbs edilib.
Həmçinin o, təşkilata insanların cəlb edilməsi, maliyyə təminatı, terror təşkilatı adından Finlandiyada aksiyalar və tədbirlərin təşkili kimi vəzifələri həyata keçirirdi.
Qeyd edək ki, Mehnaz Omarının ələ keçirilməsi ilə təşkilatın Finlandiya qrupu haqqında önəmli məlumatların əldə edildiyi bildirilib.