Son dəqiqə

Türkiyə İraq Hakan Fidan

İraqla Türkiyə arasında təhlükəsizlik anlaşması imzalanıb - Fidan

Bakı, TurkicWorld

İraqla Türkiyə arasında təhlükəsizlik anlaşması imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransı zamanı deyib.

Fidan Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə mövzusunda anlaşma memorandumu imzalandığını açıqlayıb.

“Bu saziş lazım bildiyimiz hər bir əməkdaşlıq sahəsində İraqla birgə daimi komitələrin yaradılmasını nəzərdə tutur. Bu səfər zamanı 27 sazişin və anlaşma memorandumunun imzalanması ümumi iradəmizin ən mühüm təzahürüdür.” – deyə o qeyd edib.

Fidan bildirib ki, komitələr ticarətdən energetikaya, sudan nəqliyyata, səhiyyədən təhsilə qədər əlaqələri gücləndirən amillərdir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər